Pakistan Əfqanıstanla sərhədə hərbçiləri yerləşdirir

Pakistan Əfqanıstanla sərhədə hərbçiləri yerləşdirir Pakistan Əfqanıstanla sərhəddən hərbçilərin və silahlıların mümkün keçişinin qarşısını almaq məqsədilə ordu göndərib.
Digər ölkələr
24 İyul , 2021 16:33
Pakistan Əfqanıstanla sərhədə hərbçiləri yerləşdirir

Pakistan Əfqanıstanla sərhəddən hərbçilərin və silahlıların mümkün keçişinin qarşısını almaq məqsədilə ordu göndərib.

“Report” “Dawn” qəzetinə istinadən xəbər verir ki, bu barədə Pakistanın daxili işlər naziri Rəşid Əhməd məlumat verib.

“İndi sərhədə nizamlı ordu nəzarət edir. Onlar hərbiləşdirilmiş dəstələri əvəzləyiblər”, - nazir vurğulayıb.

Məlumata görə, əvvəllər sərhədə polis nəzarət edib. Onlar qaçaqmalçılığın və sərhədi qanunsuz keçidin qarşısını alırmış.

Onun sözlərinə görə, Pakistan yalnız Əfqanıstandan gələn qaçqınların deyil, silahlıların və hərbçilərin sərhədi keçməsinin qarşısını alacaq.

Son xəbərlər

Orphus sistemi