Yuxarı
    Bağlamaq

    ​Pakistan 6 dinc sakinin ölümü ilə bağlı Hindistana nota verib

    Hindistanın İslamabaddakı səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb

    Bakı. 28 avqust. REPORT.AZ/ Pakistan hökuməti Kəşmirdə baş verən atışma nəticəsində 6 nəfərin ölümü ilə bağlı Hindistana sərt etirazını bildirib.

    "Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, Hindistanın Pakistandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona baş verən hadisə ilə bağlı etraz notası təqdim edilib.

    Ötən gecə Pakistan-Hindistan sərhədində atışma baş verib. Hindistan tərəfi hadisə nəticəsində 3 nəfərin öldüyünü, 16 nəfərin isə yaralandığını bildirmişdi.

    Pakistan rəsmiləri isə Cammu və Kəşmir ərazisindən açılan atəş nəticəsində Pakistanın 6 dinc vətəndaşının həyatını itirdiyi haqda məlumat yayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi