Perunun keçmiş Prezidenti 3 il müddətinə istintaq təcridxanasına göndərilib

Perunun keçmiş Prezidenti 3 il müddətinə istintaq təcridxanasına göndərilib Perunun keçmiş Prezidenti Pablo Kuçinsk ölkə paytaxtı Lima Şəhər Məhkəməsinin qərarı ilə 3 il müddətinə istintaq təcridxanasına göndərilib.
Digər ölkələr
20 Aprel , 2019 14:54
Perunun keçmiş Prezidenti 3 il müddətinə istintaq təcridxanasına göndərilib

Perunun keçmiş Prezidenti Pablo Kuçinsk ölkə paytaxtı Lima Şəhər Məhkəməsinin qərarı ilə 3 il müddətinə istintaq təcridxanasına göndərilib.

“Report” “dw”yə istinadən xəbər verir ki, məhkəmə məsələ ilə bağlı prokurorluğun vəsatətini təmin edib.

Keçmiş Prezident korrupsiya və çirkli pulların yuyulmasında şübhəli bilinir. 80 yaşlı keçmiş dövlət başçısı bu qalmaqal fonunda tutduğu vəzifəni tərk edib.

Qeyd edək ki, P.Kuçinski 2016-2018-ci illərdə Perunun Prezidenti olub.

Xatırladaq ki, Perunun keçmiş Prezidenti Alan Qarsiya da cari il aprelin 17-də özünü güllələyərək yaralamış və aldığı yaralardan xəstəxanada ölmüşdü.

Son xəbərlər

Orphus sistemi