Özbəkistanda uşaqların ölümünə səbəb olmuş Hindistan şirkətinin fəaliyyəti dayandırılıb

Digər ölkələr
  • 30 dekabr, 2022
  • 08:15
Özbəkistanda uşaqların ölümünə səbəb olmuş Hindistan şirkətinin fəaliyyəti dayandırılıb

Özbəkistanda Hindistanın “Marion Biotech” farmakoloji şirkətin istehsal etdiyi öskürək əleyhinə sirop 18 uşağın ölümünə səbəb olub.

“Report” TASS-a istinadən xəbər verir ki, onun tərkibində toksik maddə olub.

Bildirilib ki, Hindistan hökumətinin tələbi əsasında “Marion Biotech” şirkətinin fəaliyyəti tamamilə dayandırılıb.

Məlumata görə, Hindistan istehsalı olan dərman preparatlarından istifadə nəticəsində Özbəkistanda baş verən faciə ilk hadisə deyil. Bu ilin oktyabrında Qambiyada böyrək çatışmazlığı ilə bağlı Hindistan istehsalı olan dərmanları qəbul etmiş 70 uşaq ölmüşdü.