Özbəkistanda prezident seçkilərindən on gün əvvəl səsverməyə başlanılıb

Özbəkistanda prezident seçkilərindən on gün əvvəl səsverməyə başlanılıb Özbəkistan ərazisində və onun hüdudlarından kənarda yerləşən seçki məntəqələrində oktyabrın 24-nə təyin edilmiş prezident seçkilərindən əvvəl səsverməyə başlanılıb.
Digər ölkələr
14 Oktyabr , 2021 14:00
Özbəkistanda prezident seçkilərindən on gün əvvəl səsverməyə başlanılıb
0 : 00
0 : 00

Özbəkistan ərazisində və onun hüdudlarından kənarda yerləşən seçki məntəqələrində oktyabrın 24-nə təyin edilmiş prezident seçkilərindən əvvəl səsverməyə başlanılıb.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə respublikanın MSK-nın üzvü Gülnoza İsmoilova məlumat verib.

“Özbəkistan Seçki Məcəlləsinin 57-ci maddəsinə uyğun olaraq, oktyabrın 24-nə təyin edilmiş növbəti prezident seçkiləri çərçivəsində keçiriləcək vaxtından əvvəl səsvermə oktyabrın 14-dən 20-dək davam edəcək. Vaxtından əvvəl səsvermədə iştirak etmək istəyən seçici seçkilər günü iştirak etməmə səbəbini göstərməklə müvafiq seçki komissiyasına yazılı şəkildə müraciət etməlidirlər”, - o bildirib.

Xatırladaq ki, Özbəkistanın Azərbaycandakı səfirliyində də seçki məntəqəsi yaradılıb.

Son xəbərlər

Orphus sistemi