Özbəkistanda koronavirusa yoluxanların sayı 2 325-ə çatıb

Özbəkistanda koronavirusa yoluxanların sayı 2 325-ə çatıb Özbəkistanda daha 11 nəfərdə koronavirus aşkarlanıb.
Digər ölkələr
8 May , 2020 23:40
Özbəkistanda koronavirusa yoluxanların sayı 2 325-ə çatıb

Özbəkistanda daha 11 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Özbəkistanda koronavirusa yoluxma faktlarının sayı 2 325-ə çatıb.

Mərkəzi Asiya ölkəsində virusa yoluxan 1 775 nəfər sağalıb. Hazırda 540 nəfər müalicə alır, 10 xəstənin vəziyyəti ağırdır. 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,9 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 270 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi