Özbəkistanda kimya zavodunda partlayış baş verib: ölənlər var

Özbəkistanda kimya zavodunda partlayış baş verib: ölənlər var Hadisənin səbəblərini müəyyənləşdirmək, zərərçəkənlərin ailələrinə yardım məqsədilə komissiya yaradılıb
Digər ölkələr
23 Fevral , 2017 21:15
Özbəkistanda kimya zavodunda partlayış baş verib: ölənlər var

Bakı. 23 fevral. REPORT.AZ/ Özbəkistanda kimya zavodunda partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" Özbəkistanın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə ölkənin şərqində, Fərqanə vilayətindəki azot gübrələri istehsal edən "Ferqanaazot" Səhmdar Cəmiyyətinin ammiak sexində baş verib. Hadisə nəticəsində bir neçə nəfər ölüb. Nazirlik hələlik ölənlərin sayını açıqlamayıb.

Hadisənin başvermə səbəblərini müəyyənləşdirmək, habelə zərərçəkənlərin ailələrinə yardım məqsədilə hökumət komissiyası yaradılıb.

Son xəbərlər

Orphus sistemi