Yuxarı
    Bağlamaq

    ​Özbəkistan vətəndaşı ABŞ-da terrorizmə görə 25 il azadlıqdan məhrum edilib

    O, qoyulan həbs müddətindən sonra ölkəsinə deportasiya ediləcək

    Bakı. 8 yanvar. REPORT.AZ/ Özbəkistan vətəndaşı Fəzliddin Qurbanov ABŞ-ın Aydaho ştatında terror təşkilatına dəstək və partlayıcı maddələrin saxlanılması ittihamı üzrə 25 il müddətinə azadlıqdan məhrum edilib.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Ədliyyə Nazirliyinin məlumatında bildirilir.

    "Fəzliddin Qurbanov "Özbəkistan islam hərəkatı" ilə işbirliyi və ona maddi yardım göstərmək, həmçinin Amerika ərazisində terror aktlarının törədilməsi məqsədi ilə bomba yığımı üçün materialların alınmasına görə məhkum edilib", — deyə ABŞ baş prokurorunun milli təhlükəsizlik üzrə köməkçisi Con Karlin bildirib.

    33 yaşlı Qurbanov 2015-ci ilin avqustunda məhkəmə tərəfindən təqsirli bilinib. O, qoyulmuş həbs müddətindən sonra vətəninə deportasiya ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi