Özbəkistan Milli Qvardiyası: "Qaraqalpaqda vəziyyət tam nəzarətdədir"

Özbəkistan Milli Qvardiyası: "Qaraqalpaqda vəziyyət tam nəzarətdədir" İyulun 1 və 2-də iğtişaşların baş verdiyi Qaraqalpaq Respublikasında vəziyyət tam nəzarət altındadır.
Digər ölkələr
3 İyul , 2022 16:56
Özbəkistan Milli Qvardiyası: Qaraqalpaqda vəziyyət tam nəzarətdədir

İyulun 1 və 2-də iğtişaşların baş verdiyi Qaraqalpaq Respublikasında vəziyyət tam nəzarət altındadır.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Özbəkistan Milli Qvardiyasının komandanı Rüstəm Jurayev məlumat verib.

Komandan bildirib ki, Qaraqalpaq Respublikasında fövqəladə rejim dövründə ictimai asayişin və həyati təminat obyektlərinin mühafizəsi gücləndirilib, gecə saatlarında ictimai və şəxsi nəqliyyatın hərəkəti, iaşə və pərakəndə satış obyektlərinin fəaliyyəti qadağan edilib, bir ay ərzində hər hansı kütləvi tədbirlərin keçirilməsi qadağandır.

Son xəbərlər

Orphus sistemi