İslam Kərimov: ​"Özbəkistan keçmiş SSRİ-yə oxşar birliklərə üzv olmayacaq"

İslam Kərimov: ​"Özbəkistan keçmiş SSRİ-yə oxşar birliklərə üzv olmayacaq" "Hazırda bəzi dövlətlər keçmiş sovetlər ittifaqı sisteminin qaytarılmasına cəhd göstərir"
Digər ölkələr
13 Yanvar , 2015 11:12
İslam Kərimov: ​Özbəkistan keçmiş SSRİ-yə oxşar birliklərə üzv olmayacaq

Bakı. 13 yanvar. REPORT.AZ/ "Özbəkistan keçmiş SSRİ-yə oxşar birliklərə heç vaxt daxil olmayacaq".

"Report" "12news.uz "a istinadən xəbər verir ki, bunu Özbəkistan prezident İslam Kərimov parlamentin Aşağı Palatasının yeni seçilmış üzvlərinin ilk toplantısındakı çıxışı zamanı bəyan edib.

"Hazırda bəzi dövlətlər keçmiş sovetlər ittifaqı sisteminin qaytarılmasına cəhd göstərir. Bəzi xarici televiziya kanalları Lenin və Stalin dövrünü tərifləyən verilişlər yayımlayır. Belə yanaşma bizim üçün qəbuledilməzdir. Bizim xalqımızın maraqlarına cavab verən öz inkişaf yolumuz var. Mən bir daha bildirirəm ki, keçmişə qayıtmayacağıq. Özbəkistan heç vaxt keçmiş SSRİ-yə oxşar birliklərə daxil olmayacaq", - İ.Kərimov çıxışında vurğulayıb.

Özbəkistan prezidenti bidirib ki, ölkəsi Avrasiya İttifaqına, yaxud Gömrük Birliyinə, eləcə də heç bir hərbi-siyasi bloka üzv olmayacaq: "Mən birbaşa deyirəm. Özbəkistan Avrasiya İttifaqı və Gömrük Birliyinə daxil olmayacaq".

Son xəbərlər

Orphus sistemi