Ötən il son 24 il ərzində rekord sayda BMT sülhməramlısı həlak olub

Ötən il son 24 il ərzində rekord sayda BMT sülhməramlısı həlak olub Bakı. 23 yanvar. REPORT.AZ/ 2017-ci ildə BMT-nin 56 sülhməramlısı zorakılığın qurbanı olub. Bu, 1994-cü ildən sonra rekord göstəricidir.
Digər ölkələr
23 Yanvar , 2018 08:21
Ötən il son 24 il ərzində rekord sayda BMT sülhməramlısı həlak olub

Bakı. 23 yanvar. REPORT.AZ/ 2017-ci ildə BMT-nin 56 sülhməramlısı zorakılığın qurbanı olub. Bu, 1994-cü ildən sonra rekord göstəricidir.

"Report" TASS-a istinadən xəbər verir ki, bununla bağlı BMT baş katibi Antoniu Quterrişin məruzəsində deyilir.

Məruzədə bildirilir ki, 2017-ci ildə qeydə alınan 56 insan tələfatı 1994-cü ildən ən böyük göstəricidir. "Bu rəqəmlər bütün mümkün çərçivələrdən çıxır və onlar ehtimal ki, artmaqda davam edəcəklər. Tendensiyanı geri çevirmək üçün nəyi isə dəyişdirmək lazımdır", - deyə BMT rəhbəri məruzədə yazıb.

Otuz beş səhifəlik sənəddə qeyd edilir ki, 1948-ci ildən xidmət zamanı 3,5-dən çox min mavi dəbilqəli öldürülüb. Onlardan 943-ü zorakılığın qurbanı olub. 

Son xəbərlər

Orphus sistemi