Ötən il ABŞ-ın hərbi əməliyyatları nəticəsində 132 dinc sakin öldürülüb

Ötən il ABŞ-ın hərbi əməliyyatları nəticəsində 132 dinc sakin öldürülüb ABŞ Müdafiə Nazirliyi Birləşmiş Ştatların hərbi əməliyyatları nəticəsində 2019-cu ildə 91 dinc insanın yaralandığını etiraf edib.
Digər ölkələr
7 May , 2020 02:07
Ötən il ABŞ-ın hərbi əməliyyatları nəticəsində 132 dinc sakin öldürülüb

ABŞ Müdafiə Nazirliyi Birləşmiş Ştatların hərbi əməliyyatları nəticəsində 2019-cu ildə 91 dinc insanın yaralandığını etiraf edib.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, ötən il keçirilən hərbi əməliyyatlar nəticəsində 132 dinc sakin həlak olub.

Hərbi müəssisənin dərc edilmiş məruzəsindən göründüyü kimi, İraq və Suriyada İŞİD terror qruplaşmasına qarşı əməliyyatın gedişatında 22 nəfər həlak olub, 13 mülki şəxs yaralanıb.

Pentaqonun yerüstü və hava zərbələri nəticəsində Əfqanıstanda 108 nəfər həlak olub, 75 dinc sakin yaralanıb. Somalidə isə iki dinc sakin öldürülüb, üç nəfər yaralanıb.

“New York Times” nəşri isə qeyd edib ki, açıqlanan məlumatlar real nəticələrdən aşağıdır. Hüquq-müdafiə təşkilatları və humanitar qurumlar, xüsusi halda “Amnesty International” və “Airwars monitoring group” ABŞ hərbçilərinin əməliyyatları nəticəsində öldürülən və yaralanan dinc insanların sayının çox olduğunu bildirirlər. Pentaqon bu hesablamanı müxtəlif metodika ilə izah edir.

Son xəbərlər

Orphus sistemi