​Ötən il ABŞ-da baş verən yol qəzalarında 32,7 min adam ölüb

​Ötən il ABŞ-da baş verən yol qəzalarında 32,7 min adam ölüb Bu rəqəm 2013-cü ilin göstəricisindən 0,1% çoxdur
Digər ölkələr
24 Noyabr , 2015 22:19
​Ötən il ABŞ-da baş verən yol qəzalarında 32,7 min adam ölüb

Bakı. 24 noyabr. REPORT.AZ/ ABŞ-ın Yol Hərəkəti Təhlükəsizliyi Milli İdarəsinin məlumatına görə, 2014-cü ildə ölkədə baş verən yol qəzalarında 32,7 min nəfər adam ölüb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu rəqəm 2013-cü ilin göstəricisinə nisbətdə 0,1% çoxdur.

İdarə yollarda ölümün əsas səbəbləri - diqqətsiz hərəkət və sürət həddini aşma ilə mübarizənin yeni üsullarını düşünüb tapmaq üçün bir sıra görüşlər keçirməyi planlaşdırır.

Qeyd edək ki, Birləşmiş Ştatların əhalisi 326 milyon nəfərdir.

Son xəbərlər

Orphus sistemi