Ötən gün Çində koronavirusa 12 yoluxma qeydə alınıb

Ötən gün Çində koronavirusa 12 yoluxma qeydə alınıb Son bir gündə Çində koronavirusa yoluxmuş 32 pasiyent sağalıb, ölüm hadisəsi qeydə alınmayıb.
Digər ölkələr
1 May , 2020 05:38
Ötən gün Çində koronavirusa 12 yoluxma qeydə alınıb

Son bir gündə Çində koronavirusa yoluxmuş 32 pasiyent sağalıb, ölüm hadisəsi qeydə alınmayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, son bir gündə cəmi 12 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onların altısı xarici ölkələrdən gələn Çin vətəndaşlarıdır. Yeni yoluxmalar Şanxayda aşkarlanıb.

Hazırda Çində toplam olaraq xaricdən gələn 1 670 vətəndaşda koronavirus aşkarlanıb. Xəstələrin 1 165-i sağalıb, xaricdə yoluxmuş vətəndaşların heç biri ölməyib.

Epidemiyanın mərkəzi Hubey əyalətində bir gün ərzində heç bir yeni yoluxma və ya ölüm aşkarlanmayıb, xəstəxanalarda koronavirus pasiyenti yoxdur. Hubey əyalətində epidemiyanın başlanğıcından 68 128 yoluxma (50 333 - Uhanda) aşkar edilib. Onlardan 4 512-i (3 869 Uhanda) ölüb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi