Boris Conson: Ötən gün Britaniyada vaksinasiyada rekord göstərici qeydə alınıb

Boris Conson: Ötən gün Britaniyada vaksinasiyada rekord göstərici qeydə alınıb Böyük Britaniyada 7 milyondan çox insan koronavirusdan vaksinləmə prosesini başa çatdırıb
Digər ölkələr
12 Aprel , 2021 03:11
Boris Conson: Ötən gün Britaniyada vaksinasiyada rekord göstərici qeydə alınıb
Boris Conson

Böyük Britaniyada 7 milyondan çox insan koronavirusdan vaksinləmə prosesini başa çatdırıb.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson özünün tvitterdəki səhifəsində bildirib.

"İndi 7 milyondan çox insan tamamilə peyvənd edilib", - o, sosial şəbəkədəki hesabında yazıb.

Boris Conson qeyd edib ki, şənbə günü 475 min nəfərdən çox insana vaksinin ikinci dozası vurulub. Bu, Böyük Britaniya üçün sutkalıq rekord göstəricidir.

Qeyd edək ki, Böyük Britaniyanın əhalisi təxminən 66 milyon nəfərdir. Ölkə hakimiyyəti COVID-19-dan vaksinləmə üzrə kampaniyanın davam etməsi müddətində bu xəstəliyə qarşı mübarizə üçün tətbiq edilmiş məhdudiyyətləri tədricən ləğv etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi