Ötən ay Türkiyədə 274 PKK terrorçusu məhv edilib

Ötən ay Türkiyədə 274 PKK terrorçusu məhv edilib PKK terrorçuları tərəfindən təhlükəsizlik qüvvələrinin 13 əməkdaşı və bir dinc sakin həlak olub
Digər ölkələr
3 İyun , 2017 08:37
Ötən ay Türkiyədə 274 PKK terrorçusu məhv edilib
Foto: "Anadolu"

Bakı. 3 iyun. REPORT.AZ/ Türkiyədə ötən ay ərzində 300-ə yaxın PKK terrorçusu məhv edilib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, havadan dəstək verilməklə mayın 1-dən 31-ə qədər keçirilmiş antiterror əməliyyatlarında 274 PKK terrorçusu məhv edilib. Bu dövrdə PKK terrorçuları tərəfindən Türkiyənin təhlükəsizlik qüvvələrinin 13 əməkdaşı və 1 dinc sakini həlak olub. Daha bir nəfər xəsarət alıb.

Antiterror əməliyyatlarının gedişində təhlükəsizlik qüvvələrinin 46 əməkdaşı yaralanıb.

Son xəbərlər

Orphus sistemi