Ötən ay Meksikada 15 siyasətçi öldürülüb

Ötən ay Meksikada 15 siyasətçi öldürülüb Bakı. 11 may. REPORT.AZ/ Ötən ay Meksikanın ayrı-ayrı regionlarında 15 siyasətçi qətlə yetirilib.
Digər ölkələr
11 May , 2018 05:37
Ötən ay Meksikada 15 siyasətçi öldürülüb

Bakı. 11 may. REPORT.AZ/ Ötən ay Meksikanın ayrı-ayrı regionlarında 15 siyasətçi qətlə yetirilib.

"Report" xəbər verir ki, bu barədə "Economista" qəzeti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, 2017-ci ilin sentyabrından Latın Amerikası ölkəsində 93 siyasətçi öldürülüb. Onlardan 29-u seçkilərdə namizədliklərini irəli sürməyə hazırlaşırdılar, öldürülən daha 9 nəfərin namizədliyi qeydə alınmışdı.

Ən çox siyasətçi (21 nəfər) ölkənin cənub-qərbindəki Herrero ştatında qətlə yetirilib. Oahakada 16 nəfər cinayətkarların qurbanına çevrilib. Puebledə 10, Verakrusda 8, Mexiko ştatında 7, Çiuauada 5 nəfər qatillərin qurbanı olub.  

Son xəbərlər

Orphus sistemi