Ötən ay Çində 4000-dən çox məmur cəzalandırılıb

Ötən ay Çində 4000-dən çox məmur cəzalandırılıb Ən çox rast gəlinən pozuntular mükafatların qanunsuz verilməsi və hədiyyələrin qəbulu olub
Digər ölkələr
23 Avqust , 2016 06:18
Ötən ay Çində 4000-dən çox məmur cəzalandırılıb

Bakı. 23 avqust. REPORT.AZ/ İyul ayında intizam pozuntusuna görə Çində dörd mindən çox müxtəlif vəzifəli şəxs cəzalandırılıb.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər yayıb.

Məlumata görə, ötən ay Çində 4,4 min məmur intizam pozuntusuna görə müxtəlif cür cəza alıb.

Həmin dövrdə Kommunist Partiyasının Mərkəzi Komitəsinin Təftiş Komissiyası partiya və dövlət strukturlarında, 15 maliyyə müəssisəsində, 106 dövlət şirkətində 139 partiya və digər dövlət strukturlarında intizamın yoxlanılmasını həyata keçirib.

Ən çox rast gəlinən pozuntular mükafatların qanunsuz verilməsi və ya hədiyyələrin qəbulu, xidməti avtomobillərdən təyinatı üzrə istifadə edilməməsi olub.

Komissiyanın hesabatında intizamı pozanların necə cəzalandırılmaları qeyd edilməyib.

Rəsmi məlumatlara əsasən bu ilin birinci yarısında Çində ümumilikdə 163 min məmur intizam pozuntusuna görə cəzalandırılıb. 

Son xəbərlər

Orphus sistemi