Bakı. 31 yanvar. REPORT.AZ/ Braziliyanın cənub-şərqindəki Minas-Jerays ştatında mədən şirkətinə məxsus bəndin dağılması nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ştatın Mülki Aviasiyasının polkovnik-leytenantı Flaviu Qodinyu bildirib.
"Hazırda ölənlərin sayı 99 nəfərdir. Onlardan 55-nin şəxsiyyəti müəyyənləşdirilib", - deyə o, keçirdiyi mətbuat konfransında bildirib.
Qodinyu əlavə edib ki, daha 259 nəfər itkin düşmüş hesab olunur.
Daha əvvəl bildirilirdi ki, bəndin dağılması nəticəsində 84 nəfər həyatını itirib.