Olland Makronu prezident seçkilərinin I turunda qələbə qazanması münasibətilə təbrik edib

Olland Makronu prezident seçkilərinin I turunda qələbə qazanması münasibətilə təbrik edib Olland bu gün çıxış etməyəcək
Digər ölkələr
23 Aprel , 2017 23:30
Olland Makronu prezident seçkilərinin I turunda qələbə qazanması münasibətilə təbrik edib
Foto: slon.fr

Bakı. 23 aprel. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland keçmiş iqtisadiyyat naziri Emmanuel Makrona zəng edib və onu prezident seçkilərinin I turunda qələbə qazanması münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Yelisey sarayındakı mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, Olland bu gün çıxış etməyəcək. O, yalnız qısa şəkildə seçkilərin ikinci turunda kimə səs verəcəyini bildirəcək.

Qeyd edək ki, araşdırma institutlarının sonuncu qiymətləndirmələrinə əsasən, prezident seçkilərinin ikinci turuna keçmiş iqtisadiyyat naziri Emmanuel Makron və "Milli Cəbhə"nin lideri Marin Le Pen çıxıb. 

Son xəbərlər

Orphus sistemi