Olland Hələbdə bombardmanları dayandırmağa çağırıb

Olland Hələbdə bombardmanları dayandırmağa çağırıb Berlində danışıqlardan sonra barışığın müddətinin uzadılmasının imkanı anlaşılır
Digər ölkələr
20 Oktyabr , 2016 04:14
Olland Hələbdə bombardmanları dayandırmağa çağırıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Hələbdə baş verənlər hərbi cinayətlərdir.

"Report" "TASS"a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland deyib.

O, bildirib ki, bombardmanları dayandırmaq lazımdır. Fransa lideri vurğulayıb ki, Berlində danışıqlardan sonra Hələbdə barışığın müddətinin uzadılmasının imkanı anlaşılır.

Olland sülh prosesinin şərtləri haqqında danışıb, O, Hələbdə tərəfləri sülhə, müxaifəti isə danışıqlara hazır olmağa çağırıb.

Fransa prezidenti vurğulayıb ki, Suriyaya görə Rusiya Federasiyasına qarşı sanksiyalar haqqında danışmaq hələ tezdir, amma bütün imkanlara baxılmalıdır.

Son xəbərlər

Orphus sistemi