Olaf Şolts: “Aİ Rusiyadan kömür idxalını yayda dayandıracaq”

Olaf Şolts: “Aİ Rusiyadan kömür idxalını yayda dayandıracaq” "Avropa İttifaqı (Aİ) bu yay Rusiyadan kömür idxalını dayandıracaq, ilin sonundan isə Rusiya neftindən imtina edəcək".
Digər ölkələr
2 May , 2022 11:13
Olaf Şolts: “Aİ Rusiyadan kömür idxalını yayda dayandıracaq”

"Avropa İttifaqı (Aİ) bu yay Rusiyadan kömür idxalını dayandıracaq, ilin sonundan isə Rusiya neftindən imtina edəcək".

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın kanseri Olaf Şolts bildirib.

“Aİ və Trans-Atlantik tərəfdaşlarımız Rusiyaya və ayrı-ayrı şəxslərə qarşı görünməmiş sanksiyalar həyata keçirir. Özümüzə iqtisadi zərər bahasına başa gəlsə belə, bir çox ölkələr bu sanksiyalara qoşulub. Hazırda Rusiyadan yer altından çıxarılan yanacaq asılılığına son qoyulması ilə bağlı ciddi siyasət həyata keçiririk. Bu yay Rusiyadan kömür idxalını dayandıracağıq, ilin sonundan isə Rusiya neftindən imtina edəcəyik. Bundan başqa, bu ölkədən qaz idxalını kəskin şəkildə azaldacağıq”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi