Oğurluqla bağlı reportaj hazırlayan jurnalist qarət edildi

Oğurluqla bağlı reportaj hazırlayan jurnalist qarət edildi Jurnalist avtomobil soyğunçuluğu ilə bağlı reportaj hazırlayan zaman kamerası oğurlanıb
Digər ölkələr
7 Mart , 2021 02:22
Oğurluqla bağlı reportaj hazırlayan jurnalist qarət edildi

ABŞ-ın San-Fransisko şəhərində olan reportyor Don Ford avtomobil soyğunçuluğu ilə bağlı reportaj hazırlayan zaman kamerası oğurlanıb.

“Report”un məlumatına görə, bu barədə “Daily Mail” nəşri yazıb.

Ford oğurluqla bağlı mümkün şahidlərdən müsahibə alan zaman avtomobil onun yanında dayanıb. Naməlum şəxslər jurnalistə tapança göstərərək kameranı tələb ediblər.

Daha sonra Ford tvitter hesabında: “Həyatımı hər cür avadanlıqdan daha bahalı qiymətləndirirəm”-deyə, yazıb.

Son xəbərlər

Orphus sistemi