Yuxarı

​Odessa restoranlarının birində partlayış baş verib

Partlayışın gücü təxmin 450-600 qram trotil ekvivalentində qiymətləndirilir

Bakı. 2 iyul. REPORT.AZ/ İyulun 2-nə keçən gecə Odessanın "U anqelov" ("Mələklərin yanında") restoranında partlayış baş verib. "Report" Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, əldə düzəldilmiş partlayıcı qurğu "elektrik üsulu" ilə işə salınıb.

Partlayışın gücü təxminən 450-600 qram trotil ekvivalentində qiymətləndirilir.

Hadisə nəticəsində heç kim zərər çəkməyib, lakin restoranın qapıları və binanın fasadı zədələnib. Həmçinin restoranın yuxarı mərtəbələrində yerləşən mənzillərdə və yaxınlıqdakı kafedə pəncərə şüşələri qırılıb.

Partlayışla əlaqədar "Terror aktı" maddəsi ilə cinayət işi başlanılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi