Yuxarı

Obama: Zəhmətkeş amerikalılar layiq olduqları təqaüdlə təmin edilməlidir

Orta sinfə mənsub ailələrin ömrü boyu işləyib qənaət etdiyi pulları itirməsinə yol verilməməlidir

Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama orta sinfin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına çalışdığını deyərək, zəhmətkeş amerikalıların layiq olduqları təqaüdlə təmin edilməli olduğunu bildirib.

"Report" Amerikanın Səsinə istinadla xəbər verir ki, Amerka xalqına həftəlik müraciətində Obama deyib ki, maliyyə məsləhətçilərinin böyük hissəsi müştərilərin gələcəyini prioritet məsələ hesab etsə də, müştəriləri uğursuz investisiyalara sövq edənlər də var.

Prezident Obama bildirib ki, məhz bu səbəbə görə o bu həftənin əvvəli Əmək Departamentini qaydalara düzəlişlər edərək, təqaüd məsələləri üzrə məsləhətçilərin müştərilərin maraqlarını bütünlüklə nəzərə almasını tələb etməsini istəməyə çağırıb.

ABŞ prezidenti deyib ki, orta sinfə mənsub ailələrin ömrü boyu işləyib qənaət etdiyi pulları itirməsinə yol verilməməlidir.

Obamanın bildirdiyinə görə, uğursuz maliyyə məsləhətləri orta sinfə mənsub ailələrin ildə 17 milyard dollar itirməsi ilə nəticələnir

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi