Yuxarı

Obama və Putin görüşmək barədə razılığa gəlib

İki ölkə prezidenti sonuncu dəfə 2015-ci ildə görüşüb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obama Çində keçirilən G20 sammitində ayrıca görüşmək barədə razılıq əldə edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Hələlik dövlət başçıları bir-biri ilə yalnız salamlaşıblar və ayrıca danışmaq barədə sözləşiblər", - deyə Kreml təmsilçisi söyləyib.

Mətbuat katibi görüşün məhz nə zaman baş tuta biləcəyini açıqlamayıb.

İki ölkə prezidenti sonuncu dəfə 2015-ci ilin noyabrında Parisdə keçirilən iqlim konfransında bir araya gəliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi