Yuxarı

​Obama: "Türkiyənin öz ərazisini və hava məkanını qorumaq hüququ var"

ABŞ prezidenti Türkiyə və Rusiya arasında dialoqun zəruriliyini qeyd edib

Bakı. 24 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların "Su-24" təyyarəsinin vurulması ilə bağlı məlumatlar aldığını bildirib, həmçinin Türkiyə və Rusiya arasında dialoqun zəruriliyini qeyd edib.

"Report" xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

"Biz baş verən hadisə ilə bağlı detalları hələ də alırıq", — deyə o insidenti şərh edərək bildirib.

Obamanın sözlərinə görə, Türkiyənin də, hər bir ölkə kimi, öz ərazisini və hava məkanını qorumaq hüququ var.

"Hazırda Rusiya və Türkiyə arasında dialoqun həyata keçirildiyinə əmin olmaq, həmçinin hadisələrin istənilən şəkildə gərginləşməsindən qaçmaq olduqca vacibdir", — deyə o qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi