​Obama təyyarə insidentini müzakirə etmək üçün Ərdoğanla görüşəcək

​Obama təyyarə insidentini müzakirə etmək üçün Ərdoğanla görüşəcək Görüşün çərşənbə axşamı səhər Parisdə keçirilməsi nəzərdə tutulub
Digər ölkələr
1 Dekabr , 2015 04:24
​Obama təyyarə insidentini müzakirə etmək üçün Ərdoğanla görüşəcək

Bakı. 01 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama çərşənbə axşamı səhər Parisdə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə, xüsusilə də, bu yaxınlarda Rusiya təyyarəsi ilə bağlı baş verən insidenti müzakirə etmək üçün görüşəcək.

"Report" xəbər verir ki, Amerika liderinin Ağ ev apparatında əsas xarici siyasət müşaviri Ben Rods bu barədə jurnalistlərə Fransa paytaxtında keçirilən və Vaşinqtonda yayımlanan mətbuat brifinqində məlumat verib.

"Prezident Obama çərşənbə axşamı səhər Türkiyə prezidenti Ərdoğanla ikitərəfli görüş keçirəcək", - deyə Rods bildirib və görüşün əvvəlcədən planlaşdırılması ilə bağlı əmin olmadığını ifadə edib.

Rods, həmçinin Parisdə baş tutan Rusiya və ABŞ prezidentlərinin görüşünə toxunub. Onun sözlərinə görə, Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulması insidentini müzakirə edən zaman, Obama rusların ölməsi ilə bağlı heyfisləndiyini bildirib.

Son xəbərlər

Orphus sistemi