Yuxarı

​Obama Şimali Koreyaya qarşı yeni sanksiyaları təsdiq edib

Bu qərar KXDR-nın nüvə və raket proqramı ilə bağlı qəbul olunub

Bakı. 19 fevral. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsi və sərtləşdirilməsini nəzərdə tutan qanun imzalayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu qərar Koreya Xalq Demokratik Respublikasının nüvə və raket proqramı ilə bağlı qəbul olunub.

ABŞ-ın yeni qadağaları Şimali Koreyaya kütləvi qırğın silahları yaratmaq imkanı verən texnologiyaların daşınmasını bu və ya digər şəkildə dəstəkləyən fiziki və hüquqi şəxslərə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi