Obama silah lobbisinin fəaliyyətindən narahatdır

Obama silah lobbisinin fəaliyyətindən narahatdır "Silah lobbisi Konqresdə çox güclüdür. Bu səbəbdən də qanunvericilikdə dəyişiklik apara bilmirik"
Digər ölkələr
21 İyun , 2015 06:02
Obama silah lobbisinin fəaliyyətindən narahatdır

Bakı. 21 İyun. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama silah lobbisi ilə mübarizədə gücsüz olduğunu bəyan edib.

"Report" Gazeta.ru saytına istinadən xəbər verir ki, Cənubi Korolina əyalətində son olaraq baş verən kütləvi qətl hadisəsini şərh edən ölkə başçısı, qanunsuz silah dövriyyəsi və satışı əleyhinə olan qanun layihəsinin qəbulu üçün Konqresdə lazım olan 60 səsin toplanmayacağını deyib.

"Əfsuslar olsun ki, silah lobbisi Konqresdə çox güclü mövqeyə sahibdir. Bu səbəbdən də qanunvericilikdə dəyişiklik apara bilmirik. Ancaq yenə də bu istiqamətdə real addımlar gözləyirəm ", - deyə Ağ Ev başçısı vurğulayıb.

Obamanın sözlərinə görə, ABŞ höküməti silah dövriyyəsini tənzimləmə təkliflərindən imtina etməyəcək.

Son xəbərlər

Orphus sistemi