Obama: "Rusiyaya qarşı sanksiyalar kiberhücumlarla əlaqədar lazımi və adekvat cavabdır"

Obama: "Rusiyaya qarşı sanksiyalar kiberhücumlarla əlaqədar lazımi və adekvat cavabdır" Ağ Ev rəhbəri: "Bütün amerikalılar Rusiyanın addımlarından narahatlıq keçirməlidir"
Digər ölkələr
29 Dekabr , 2016 23:40
Obama: Rusiyaya qarşı sanksiyalar kiberhücumlarla əlaqədar lazımi və adekvat cavabdır

Bakı. 29 dekabr. REPORT.AZ/ "Amerikanın Rusiya barəsində cümə axşamı qəbul etdiyi sanksiyalar kiberhücumlarla əlaqədar "lazımi və adekvat cavabdır".

"Report" "TASS"a istinadən xəbər verir ki, bu fikirlər ABŞ prezidenti Barak Obamanın bəyanatında yer alıb.

Ağ Ev rəhbəri qeyd edib ki, bu addımlar Rusiyanın ABŞ-da demokratiyanı pozmağa yönəlmiş hərəkətlərlə bağlıdır. 

Barak Obamanın sözlərinə görə, bütün amerikalılar Rusiyanın addımlarından narahatlıq keçirməlidir. Amerikanın müvafiq orqanları hələ seçkilərdən əvvəl - oktyabrda Rusiyanın bu ölkədə keçiriləcək səsvermə prosesinə müdaxilə planları barədə məlumatlar əldə ediblər. 

Bununla yanaşı, ABŞ rəhbəri qeyd edib ki, Amerika diplomatları da Rusiya polisi və digər strukturları tərəfindən bir sıra problemlərlə üzləşiblər.  

Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi Rusiya Federasiyasına qarşı yeni sanksiyaların tətbiqi haqqında məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi