​Obama Quantanamo həbsxanasının bağlanması üçün hər şeyi edəcək

​Obama Quantanamo həbsxanasının bağlanması üçün hər şeyi edəcək Sözügedən həbsxana Kuba körfəzində yerləşir
Digər ölkələr
22 Dekabr , 2014 07:32
​Obama Quantanamo həbsxanasının bağlanması üçün hər şeyi edəcək
Bakı. 22 dekabr.REPORT.AZ/ABŞ prezidenti Barak Obama, bir daha Quantanamodakı həbsxananın bağlanması üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.

"Report" xəbər verir ki, Quantanamo həbsxanası - ABŞ hüquq mühafizə orqanları tərəfindən terrorizmdə, o cümlədən düşmən tərəfində müharibə aparılmasında təqsirləndirilən şəxslər üçün nəzərdə tutulub. Sözügedən həbsxana Kuba körfəzində yerləşir.

Obama 2009-ci il yanvarın 22-də, vəzifəyə gələndən sonra bu mərkəzin bağlanması barədə sərəncam imzalasa da, lakin Quantanamodaki həbsxanada hələ də dustaqların olduğu bildirilir.

ABŞ prezidenti daha öncə açıqlamasında qeyd etmişdi ki, 2014-ci ilin sonunadək Quantanamo həbsxanasın fəaliyyəti dayandırılmalıdır.

Son xəbərlər

Orphus sistemi