​Obama: "Putin NATO və Avropa İttifaqına Rusiya hakimiyyəti üçün təhlükə kimi baxır"

​Obama: "Putin NATO və Avropa İttifaqına Rusiya hakimiyyəti üçün təhlükə kimi baxır" "Zənnimcə, o yanılır"
Digər ölkələr
26 Aprel , 2016 04:53
​Obama: Putin NATO və Avropa İttifaqına Rusiya hakimiyyəti üçün təhlükə kimi baxır

Bakı. 26 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama iddia edir ki, həmkarı Vladimir Putin NATO və Avropa İttifaqına "Rusiya hakimiyyəti üçün təhlükə" kimi baxır.

"Report" xəbər verir ki, Ağ ev rəhbəri bu mövqeni CBS telekanalına müsahibəsində bildirib.

"Cənab Putin adətən NATO, Avropa İttifaqı, Transatlantik birliyə Rusiya hakimiyyəti üçün təhlükə kimi baxıb. Mən düşünürəm ki, o yanılır. Mən ona dedim ki, digər ölkələrlə əlaqələrin dəstəklənməsində maraqlı və güclü olan Rusiya ilə işləyən güclü, vahid Avropa düzgün yoldur", - deyə Obama söyləyib.

ABŞ prezidentinin sözlərinə görə, o, bu günə qədər Putini "buna tam əmin edə" bilməyib.

Son xəbərlər

Orphus sistemi