Yuxarı

​Barak Obama pravoslav xristianlarını Pasxa münasibətilə təbrik edib

Obama və xanımı bütün dinlərin insanlarına sülh, ədalət və azadlıqda yaşamağı arzulayıb

Bakı. 30 aprel. REPORT.AZ/ ABŞ prezidenti pravoslav xristianlarını Pasxa münasibətilə təbrik edib

ABŞ prezidenti Barak Obama və xanımı Mişel pravoslav xristianlarını Pasxa bayramı münasibətilə təbrik edib. B.Obama bütün dinlərin insanlarına sülh, ədalət və azadlıqda yaşamağı arzulayıb.

"Report"un məlumatına görə, bu haqda Ağ Evin mətbuat xidmətindən bildirilib.

"Biz pravoslav xristianları və bütün dinlərin insanlarıyla həmrəyik və birlikdə çalışmağa davam edəcəyik ki, bütün insanlar əmin-amanlıq, ədalətdə və azadlıqda yaşaya bilsinlər", - deyə ABŞ prezidenti qarşıdan gələn bayram münasibəti ilə vurğulayıb.

"Mişel və mən öz ən yaxşı arzularımı Amerika pravoslav xristianlarına çatdırırıq", - deyə Obama əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi