Bakı. 7 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama qonşu Meksikaya narkokartellər ilə mübarizədə yardım etməyə hazır olduğunu bildirib.
"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, meksikalı həmkarı Enrike Penyu Nyeto ilə Vaşinqtonda bir araya gələn Obama təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb.
"Meksikanın dostu olmaq istəyirik və bu çərçivədə rəsmi Mexikonun narkomafiya ilə mübarizə kursuna ABŞ olaraq dəstək verməyə hazırıq. Ancaq son söz yenə də Meksika hökumətindədir", - deyən Ağ Ev başçısı, kartel üzvlərinin Meksikada dəfələrlə qanlı cinayətlərə imza atdığını xatırladıb.