Bakı. 21 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Malinin paytaxtında həyata törədilən terror aktını qınayaraq, 27 nəfərin ölümünə səbəb olan qatillərin ələ keçiriləcəyinə vəd verib.
"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, Regional liderlərin Malayziya sammitində çıxış edən Barak Obama, Bamako hücumunun ABŞ-ın terrorla mübarizə əzmini daha da gücləndirəcəyini deyib.
O, deyib ki, Amerika və onun müttəfiqləri vətəndaşlarının müdafiəsi üçün terrorizmi alovlandıran nifrət ideologiyasının kökünü kəsəcək.
İslam ayələri səsləndirən 6 silahlının lüks mehmanxanaya girərək, girov götürdükləri 170 nəfərdən 27-ni öldürüldüyü, qalanlarının isə azad edildiyi bildirilir. Hücumun məsuliyyətini Əl-Qaidə ilə əlaqəsi olan cihadçı Əl-Murabitoun qrupu öz üzərinə götürüb.