​Obama: İsrailə olan etibar Fələstinə görə sarsıla bilər

​Obama: İsrailə olan etibar Fələstinə görə sarsıla bilər "Beynəlxalq ictimaiyyət Tel-Əvivin Fələstinlə sülh istədiyinə artıq inanmır"
Digər ölkələr
3 İyun , 2015 08:09
​Obama: İsrailə olan etibar Fələstinə görə sarsıla bilər

Bakı. 03 İyun. REPORT.AZ/ "Baş nazir Binyamin Netanyahunun İsrail və Fələstinin mövcudluğu barədə irəli sürdüyü şərtlər bu ölkəyə qarşı olan etibarı sarsıdır".

"Report" xəbər verir ki, bunu çərşənbə axşamı İsrailin "Kanal-2" telekanalına müsahibəsində ABŞ prezidenti Barak Obama bildirib.

O xatırladıb ki, Netanyahunun hakimiyyətdə olduğu müddət ərzində iki dövlətə sülh şəraitində qonşuluq etmək imkanı verəcək qərar hələ də işlənib hazırlanmayıb.

"Düşünürəm ki, bundan sonra (son seçkilərdən) öz bəyanatlarında o, Fələstin dövlətinin mövcudluğunun mümkünlüyü barədə danışdı, lakin o qədər qeyd və şərt oldu ki, onların yaxın vaxt ərzində həyata keçirilməsini düşünmək qeyri-real olardı. Burada təhlükə ondan ibarətdir ki, İsrail ümumilikdə etibarını itirə bilər", - deyə Obama bildirib.

Amerika prezidentinin sözlərinə görə, beynəlxalq ictimaiyyət artıq Tel-Əvivin Fələstinlə sülh şəraitdə yaşamaq istəməsinə inanmır.

Son xəbərlər

Orphus sistemi