Bakı. 8 mart. REPORT.AZ/ Birləşmiş Ştatlar prezidenti Barak Obama bəyan edib ki, ABŞ məqbul razılaşma əldə olunmayacağı təqdirdə İran ilə nüvə proqramı üzrə danışıqları dayandıracaq.
"Report" BBC-yə istinadən xəbər verir ki, prezident CBS-yə verdiyi müsahibə zamanı bildirib ki, xüsusilə, ABŞ İrann nüvə silahı yaratmaq cəhdlərindən imtina edəcəyinə əmin olmalıdır.
Obamanın sözlərinə görə, İran danışıqlara ciddi yanaşır və bir sıra ziddiyətli məqamları aradan qaldırmaq mümkün olub, lakin fikir ayrılığı qalmaqdadır.