Yuxarı

Barak Obama prezidentliyi dövründə ilk dəfə məscidə gedib

Obama Baltimor şəhərində İslam Cəmiyyətində müsəlman amerikalılarla görüşüb

Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama prezidentliyi dövründə ilk dəfə olaraq Amerikada məscidi ziyarət edərək, Baltimor şəhərində İslam Cəmiyyətində müsəlman amerikalılarla görüşüb.

"Report" "Amerikanın səsi"nə istinadən xəbər verir ki, Obama müsəlman amerikalıların narahatlıqlarını müzakirə etmək və onların fikirləri ilə tanış olmaq məqsədilə dəyirmi masa söhbətində iştirak edib.

Obama, amerikalıları irqi və dini ayrıseçkiliyi rədd etməyə çağırıb. Quruluşundan bu yana ABŞ-ın bir parçası olan müsəlmanların, hüquq-mühafizə, xüsusi xidmət və orduda vəzifə alaraq bu ölkəni etibarda tutmaq üçün çalışdığına işarə edən Obama, müsəlmanların ölkənin azadlığı uğrunda mübarizə apardığını qeyd edib.

ABŞ prezidentinin məscidə ilk ziyarətinin səbəbi anti-müsəlman əhval-ruhiyyəsinin artmasından yaranan narahatçılıqla bağlıdır.

Ağ Evin sözçüsü bildirib ki, prezident Obama bundan öncə xarici ölkələrə səfərləri zamanı məscidləri ziyarət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi