Obama: "Bu mübarizənin Amerika ilə İslam arasında olan müharibə kimi görünməsinə imkan verə bilmərik"

Obama: "Bu mübarizənin Amerika ilə İslam arasında olan müharibə kimi görünməsinə imkan verə bilmərik" "İŞİD terror qruplaşmasının yaraqlıları İslam dinini təmsil etmir"
Digər ölkələr
7 Dekabr , 2015 12:16
Obama: Bu mübarizənin Amerika ilə İslam arasında olan müharibə kimi görünməsinə imkan verə bilmərik

Bakı. 7 dekabr. REPORT.AZ/ "İŞİD terror qruplaşmasının yaraqlıları İslam dinini təmsil etmir və ABŞ ilə bu din arasında müharibə olmayacaq".

"Report" xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama televiziya ilə xalqa müraciətində deyib.

"Biz bir-birimizə qarşı gedib bu mübarizənin Amerika ilə İslam arasında olan müharibə kimi görünməsinə imkan verə bilmərik. İŞİD terrorçuları məhz bunu istəyir", - Obama bildirib.

ABŞ prezidenti vurğulayıb ki, İŞİD yaraqlıları ölüm dininə qulluq edən başkəsənlər və qatillərdir: "Onlar dünya üzrə milyarddan çox müsəlmanın çox cüzi hissəsini təşkil edir. Amerikada yaşayan müsəlmanlar da onların nifrət ideologiyasını rədd edir".

ABŞ prezidenti qeyd edib ki, dünyada terrorçuların qurbanlarının böyük əksəriyyəti müsəlmanlardır. O, həmçinin müsəlman icmalarını ən güclü müttəfiq kimi görəməyə, daha onları şübhə və nifrət hissi ilə cəmiyyətdən təcrid etməməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi