Yuxarı
    Bağlamaq

    Obama: "Ekstremistləri məhv edəcəyik. Növbədə İŞİD rəhbərləri var"

    ABŞ prezidenti Barak Obama Milli Təhlükəsizlik Şurasının iclasından sonra çıxış edib

    Bakı. 14 dekabr. REPORT.AZ/ "ABŞ terrorçu "İŞİD" təşkilatına qarşı mübarizəni davam etdirəcək. Son həftələr ərzində terrorçulara məxsus yüzlərlə neft tankeri və neftayırma müəssisələri məhv edilib".

    "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama Vaşinqtonda keçirdiyi Milli Təhlükəsizlik Şurasının iclasından sonra deyib.

    Onun sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya bundan sonra da terrorçulara sarsıdıcı avia zərbələr endirəcək. "Biz ekstremistləri məhv edəcəyik. Növbədə İŞİD rəhbərləri var" - deyə Obama vurğulayıb.    

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi