​Obama ailəsinin illik gəliri açıqlanıb

​Obama ailəsinin illik gəliri açıqlanıb Prezident ailəsi 2014-ci ildə təxminən 477 min dollar gəlir əldə edib
Digər ölkələr
11 Aprel , 2015 13:20
​Obama ailəsinin illik gəliri açıqlanıb

Bakı. 11 aprel. REPORT.AZ/ Ağ Evdən Obama ailəsinin illik gəliri və ödədiyi vergini göstərən açıqlama verilib. Prezident ailəsi 2014-ci ildə təxminən 477 min dollar gəlir əldə edib, 93 min dollar civarında isə vergi ödəyib.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, Obamanın yazdığı kitablardan əldə etdiyi gəlirin düşməsi səbəbindən cütlüyün gəlirlərində azalma müşahidə olunub. Ancaq bununla belə, ailənin ötən il qazandıqları dəqiq gəlirin isə 477 min 383 dollar, ödədikləri veriginin isə 93 min 362 dollar olduğu açıqlanıb.

Ən böyük gəlir prezident maaşı alan Obamanın olub. O, vəzifəsindən illik 400 min dollar əldə edir. Obamanın maaşı xaricində cütlüyün ən böyük gəlir mənbəyi isə prezident Obamanın 1995 və 2006-cı illərdə yazdığı iki kitab satışından əldə etdikləri vəsaitdir. Lakin açıqlanan rəqəmlərə görə, Obamanın kitablardan əldə etdiyi gəlir hər il bir az da azalır.

Obama cütlüyü ötən il cəmi 33 xeyriyyə təşkilatına 70 min 712 dollar məbləğində yardım edib.

Obama ailəsi 2012-ci ildə 662 min dollar qazanıb, 2013 isə bu rəqəm 503 min dollar olub. Obamanın ən yüksək gəliri prezident kreslosuna oturduğu 2009-cu ildə olub. O, həmin il kitab satışları və Nobel sülh mükafatı səbəbindən 5,5 milyon dollarlıq gəlir əldə edib.

Son xəbərlər

Orphus sistemi