​Obama ABŞ-ın iki ştatını təbii fəlakət zonası elan edib

​Obama ABŞ-ın iki ştatını təbii fəlakət zonası elan edib Xilasedicilər itkin düşmüş adamların axtarışı ilə məşğuldur
Digər ölkələr
30 May , 2015 11:26
​Obama ABŞ-ın iki ştatını təbii fəlakət zonası elan edib

Bakı. 30 may. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Texas və Oklahoma ştatlarını təbii fəlakət zonası elan edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Ağ evin mətbuat xidməti məlumat yayıb.

Texas və Oklahoma ştatlarında güclü yağışların yağması nəticəsində baş verən daşqında ölənlərin sayı 28-ə çatıb.

Təbii fəlakətə məruz qalan ərazilərdə xilasetmə və təxliyyə işləri görülür.

Xilasedicilər itkin düşmüş adamların axtarışı ilə məşğuldur. Mindən çox ev qismən və ya tamamilə dağılıb.

Qeyd edək ki, Texasın cənub-şərqində yerləşən Uorton şəhərində Kolorado çayının səviyyəsi 10 metri keçib.

Təbii fəlakət nəticəsində dəyən ziyanın məbləğı hələ dəqiqləşdirilir. 

Son xəbərlər

Orphus sistemi