Nyu-York hospitalında 1 nəfəri öldürən, 4-nü yaralayan həkim zərərsizləşdirilib - VİDEO - YENİLƏNİB

Nyu-York hospitalında 1 nəfəri öldürən, 4-nü yaralayan həkim zərərsizləşdirilib - VİDEO - YENİLƏNİB O, tüfəng ilə silahlı olub
Digər ölkələr
1 İyul , 2017 00:20
Nyu-York hospitalında 1 nəfəri öldürən, 4-nü yaralayan həkim zərərsizləşdirilib - VİDEO - YENİLƏNİB
Foto:Twitter/Breaking News‏

Bakı. 1 iyul. REPORT.AZ/ ABŞ polisi Nyu-Yorkun Bronks rayonundakı Livan hospitalında atəş açan şəxsi zərərsizləşdirib.

"Report" "Brealing News"a istinadən xəbər verir ki, atəş açan şəxs hospitalın keçmiş əməkdaşı həkim Henri Bello olub.

O, binanın 17-ci mərtəbəsində gizlənərək "M-16" tipli tüfəng ilə müdafiə olunub.


***23:28

Bakı. 30 iyun. REPORT.AZ/ Nyu-Yorkun Bronks rayonunda yerləşən Livan hospitalında silahlı insident nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Terror Events" nəşri yazıb. 

Atəş açan şəxsin həkim Henri Bello olduğu bildirilir. 


Bakı. 30 iyun. REPORT.AZ/ Nyu-Yorkun Bronks rayonunda yerləşən Livan hospitalında atışma olub.

"Report" ABŞ-ın "The Mirror" nəşrinə istinadən xəbər verir ki, əraziyə polis bölmələri cəlb edilib.

Nəşrin məlumatına görə, insident nəticəsində zərərçəkənlər var.

"The Breaking News"un məlumatına görə, hospitalda atışma nəticəsində azı 2 nəfər yaralanıb. Bundan əlavə, binada yanğın olması barədə məlumat daxil olub.

Son xəbərlər

Orphus sistemi