Nyu-Yorkda "Trump Tower"in binası qarşısında 25 etirazçı saxlanılıb

Nyu-Yorkda "Trump Tower"in binası qarşısında 25 etirazçı saxlanılıb Etirazçılar liftin qarşısındakı vestibüldə "Qadağaya yox, dövrələmələrə yox, divarlara yox" şüarlarını səsləndiriblər
Digər ölkələr
14 Aprel , 2017 04:17
Nyu-Yorkda Trump Towerin binası qarşısında 25 etirazçı saxlanılıb
Foto: Bin im Garten

Bakı. 14 aprel. REPORT.AZ/ Nyu-York polisi "Trump Tower"in binası qarşısında ABŞ prezidenti Donald Trampın miqrasiya fərmanına etiraz edən 25 nümayişçini saxlayıb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Xəbərdə bildirilir ki, etirazçılar liftin qarşısındakı vestibüldə əyləşərək, "Qadağaya yox, dövrələmələrə yox, divarlara yox" şüarlarını səsləndiriblər. Təhlükəsizlik xidməti binanın girişini bloklamaq məcburiyyətində qalıb.

Xatırladaq ki, Tramp martın 6-da Şimali Afrikanın və Yaxın Şərqin əhalisi müsəlman olan 6 ölkəsindən ABŞ-a girişi müvəqqəti olaraq qadağan edib. Amerika rəhbərliyi hesab edir ki, bu ölkələr terrorçulara "kömək edir" və ya terrorçular həmin dövlətlərin ərazisində sığınacaq tapıblar.

Son xəbərlər

Orphus sistemi