Nyu-Yorkda Trampın tərəfdarlarını öldürəcəyi ilə hədələyən şəxs həbs edilib

Nyu-Yorkda Trampın tərəfdarlarını öldürəcəyi ilə hədələyən şəxs həbs edilib Bakı. 8 iyul. REPORT.AZ/ ABŞ-ın Nyu-York ştatında polis prezident Donald Trampın tərəfdarlarını öldürəcəyi ilə hədələyən 75 yaşlı şəxsi həbs edib.
Digər ölkələr
8 İyul , 2018 05:26
Nyu-Yorkda Trampın tərəfdarlarını öldürəcəyi ilə hədələyən şəxs həbs edilib

Bakı. 8 iyul. REPORT.AZ/ ABŞ-ın Nyu-York ştatında polis prezident Donald Trampın tərəfdarlarını öldürəcəyi ilə hədələyən 75 yaşlı şəxsi həbs edib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, Martin Astrof şəxsi evinin yanında, Neskonset şəhərində saxlanılıb. Təqaüdçü Trampın tərəfdarlarını təhdid edib, həmçinin respublikaçı Li Zeldini aşağılayıb.

Astrof Saffolk dairəsində konqresmenlərdən birinin qərargahının əməkdaşları ilə dava edib, sonra isə avtomobillə Trampın tərəfdarlarını vurmaq istəyib. Təqaüdçü terror xarakteri təhdid törətməsində, həmçinin təhlükəli rəftarda ittiham edilir. O, məhkəməyə qədər həbsdə olacaq.

Son xəbərlər

Orphus sistemi