Trampın göydələnləri yaxınlığında etiraz aksiyası keçirən 13 qadın saxlanılıb

Trampın göydələnləri yaxınlığında etiraz aksiyası keçirən 13 qadın saxlanılıb "Günsüz qadın" adlı aksiyalarının iştirakçıları vurğulayıblar ki, cinslərin hüquq bərabərliyi əldə olunmayıb
Digər ölkələr
9 Mart , 2017 04:11
Trampın göydələnləri yaxınlığında etiraz aksiyası keçirən 13 qadın saxlanılıb
Foto: "Reuters"

Bakı. 9 mart. REPORT.AZ/ ABŞ-ın hüquq-mühafizə orqanlarının əməkdaşları qadınların hüquqlarının müdafiəsi ilə bağlı nümayişlərin 13 iştirakçısını saxlayıb.

"Report" "CNN"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın meqapolis polis idarəsinin nümayəndələri bildiriblər.

Aksiyalar prezident Donald Trampın Nyu-Yorkun mərkəzindəki Manhettendəki biznes-imperiyasının iqamətgahı, həmçinin onun adını daşıyan otelin binası yaxınlığında keçirilib.

Nümayişlər 8 Mart Beynəlxalq Qadınlar gününə həsr edilib. "Günsüz qadın" ("Day Without a Woman" - "Report") adını almış etiraz aksiyalarının iştirakçıları vurğulayıblar ki, indiyədək ABŞ-da cinslərin tam hüquq bərabərliyi əldə olunmayıb.

Polis nümayəndələri isə bildiriblər ki, hələlik saxlanılanlara qarşı ittihamlar irəli sürülməyib. Analoji aksiyalar həmçinin Amerikanın bir çox şəhərlərində, o cümlədən paytaxtda da keçirilib.

Son xəbərlər

Orphus sistemi