Yuxarı

​Nyu-Yorkda təyyarə Qudzon çayına düşüb

Təyyarədə neçə nəfərin olduğu bilinmir

Bakı. 28 may. REPORT.AZ/ ABŞ-ın Nyu-York və Nyu-Cersi ştatları arasından keçən Qudzon çayına yüngül mühərrikli təyyarə düşüb.

"Report" xəbər verir ki, yerli hakimiyyət orqanları təyyarənin göyərtəsində neçə nəfər sərnişinin olduğu və ölənlərin olub-olmadığı barədə hələ ki, məlumat vermir.

İnsident cümə günü axşam baş verib. Qəza yerində polis və xilasedicilər işləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi