Nyu-Yorkda son üç ilin ən soyuq qışı yaşanır

Nyu-Yorkda son üç ilin ən soyuq qışı yaşanır ABŞ-ın Nyu-York ştatında son üç ilin ən soyuq qışı yaşanır.
Digər ölkələr
13 Yanvar , 2022 06:41
Nyu-Yorkda son üç ilin ən soyuq qışı yaşanır

ABŞ-ın Nyu-York ştatında son üç ilin ən soyuq qışı yaşanır.

“Report”un yerli bürosu xəbər verir ki, soyuq hava səbəbi ilə ştatda yollar donub, məktəblər bağlanıb. Nyu-Yorkda havanın hərarəti mənfi 10 dərəcəyə düşüb və küləyin təsiri ilə mənfi 18 dərəcə hiss olunur.

Şaxtalı hava şəraiti Nyu-Yorka yaxın Massaçusets, Nyu-Hempşir və Vermont ştatlarını da təsiri altına alıb. Sinoptiklərin məlumatına görə, Nyu-York 2019-cu ildən bu yana müşahidə olunan ən soyuq günlərini yaşayır.

Nyu-York bələdiyyəsi evsiz insanları donmaqdan qorumaq üçün sığınacaqlar təşkil edib, yolların qar və buzdan təmizlənilməsi üçün xüsusi tədbirlər planı hazırlayıb.

ABŞ Milli Meteoroloji Xidmətinin məlumatına görə, soyuq hava şəraiti ölkə boyu irəliləməkdə davam edir. Şimaldan gələn arktik hava dalğalarının təsirindən ölkənin mərkəzi və xüsusilə şimal-şərq bölgələrində temperaturun daha da enəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi