Nyu-Yorkda son bir gündə koronavirusdan 157 nəfər ölüb

Nyu-Yorkda son bir gündə koronavirusdan 157 nəfər ölüb Son bir gündə ABŞ-ın Nyu-York ştatında koronavirus qurbanlarının sayı 160 nəfərə çatıb.
Digər ölkələr
15 May , 2020 01:59
Nyu-Yorkda son bir gündə koronavirusdan 157 nəfər ölüb

Son bir gündə ABŞ-ın Nyu-York ştatında koronavirus qurbanlarının sayı 160 nəfərə çatıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endrü Kuomo bildirib.

O, qeyd edib ki, ötən günlə müqayisədə xəstəxanalara yerləşdirilənlərin ümumi sayı azalır və daha az insan süni nəfəs aparatlarına qoşulur.

"İtirilmiş həyatların sayı enir, amma hələ (ölənlərin sayı-red) dəhşətdir - 157 (nəfər-red). Əgər siz bizim harda olmağımıza baxsanız, onda görəcəksiniz ki, bu dəhşətli vəziyyət başlayanda harada idik", - deyə mətbuat konfransında Kuomo bildirib.

Qubernatorun təqdim etdiyi qrafikə əsasən gündəlik ölüm göstəricisi martın 27-də mövcud olmuş rəqəmlərlə müqayisədə azalıb.

Son məlumatlara görə, ABŞ ərazisində koronavirusa 1 milyon 405 min yoluxma qeydə alınıb. Ölkədə COVID-19-dan ölənlərin sayı 84 min 985 nəfər təşkil edir. ABŞ hər iki göstərici üzrə dünyada liderliyini saxlayır.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi